Bakının Xətai rayonunda naməlum səbəbdən vəfat edən 1961-ci il təvəllüdlü Firudin Məmmədov Bakı İslam Universitetinin müəllimidir.
Bu barədə SalamNews-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Bəzi KİV-lərdə bildirilir ki, F.Məmmədov etibarnamə ilə idarə etdiyi avtomobildə damarlarını kəsərək intihar edib. QMİ rəsmisi isə deyib ki, o, mərhumun ailəsi ilə əlaqə saxlayaraq, onun ürək tutmasında vəfat etdiyini öyrınib. Lakin mərhumun özünü hansı səbəblərdən intihar etməsini də təkzib etməyib.
Bilidirib ki, mərhum neçə illərdir universitetdə müəllimidir və biz onu ziyalı, savadlı, aparıcı müəllimlərdən biri kimi tanıyırdıq.
R.Dadaşova vurğulayıb ki, mərhum F.Məmmədov dəfn olunmaq üçün doğma yurdu- Gürcüstana aparılıb