Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatı açıqlamasından sonra ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, yeni sanksiyaların İran bankları və aparıcı şirkətlərinə qarşı tətbiq olunacağı ehtimal olunur.
Xatırladaq ki, AEBA-nın hesabatında Tehranın 2003-cü ilə qədər nüvə silahın istehsalı istiqamətində sanaq işləri aradığı bildirilir.
İran isə AEBA-nın iddialarını uydurma və əsassız adlandırıb. İran atom silahı proqramı üzərində işlədiyini rədd edərək, nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirib.