İranda güclü qar yağması ilə əlaqədar bəzi məktəblər bağlanıb. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Şərqi və Qərbi Azərbaycan əyalətlərinin bir neçə şəhərində tədris dayandırılıb.
Qeyd edək ki, son günlər İranın bir sıra regionlarına, o cümlədən Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinə güclü qar yağıb.