Nikolya Sarkozi prezident seçildikdən sonra ilk dəfə Vatikana səfər edib və papa 16 Benediktlə görüşüb.
Papa 16-cı Benedikt Fransa prezidentini şəxsən qarşılayıb. Sarkozinin mətbuat katibi Deyvid Martinon səfər barədə verdiyi məlumatda Vatikanın siyasətdə çox güclü mövqeyə və təsirə malik olduğunu deyib.
Prezidentin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, prezident Sarkozi Papa ilə keçirdiyi görüşdən sonra İtaliyanın baş naziri Romana Prodi və İspaniyanın baş naziri Xose Luis Rodrigez Zapatero ilə görüşəcək. Onların Aralıq dənizi ölkələri arasında əlaqələrin yeni mərhələsini müzakirə edəcəkləri bildirilir.