İsrail rejiminin kəşfiyyat orqanının (MOSSAD) saytı dağıdılıb. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, MOSSAD-la bərabər, Şin Bet kəşfiyyat qurumu, sionistlərin müxtəlif nazirlikləri və ordunun da saytına daxil olmaq mümkün deyil.
“Anonymous” haker qrupu İsrail rejiminin Qəzzaya humanitar yüklü iki gəmini buraxmamasına etiraz əlaməti olaraq bu addımı atdığı barədə müxtəlif internet saytlarına məlumat göndərib. Lakin sionist hökuməti kiber hücuma məruz qaldığını inkar edib, sadəcə, texniki problem yaşandığını iddia edib. Eyni zamanda mütəxəssislərin problemi aradan qaldırmaq üçün çalışdıqları açıqlanıb. Lent.az