Dünən səhər Qəzzada Qurban bayramı namazına imamlıq edən Fələstinin baş naziri İsmayıl Haniyə bayram namazının xütbəsində fələstinliləri və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib və Allahdan bütün müsəlmanları hifz etməsini istəyib.
İsmayıl Haniyə bir neçə gün öncə sionist zindanlarından yüzlərlə fələstinlilərin azad olunmasına işarə edərək, bu bayrama "Azadlıq bayramı" adını verdiklərini bildirib və əsl azadlıq bayramının isə "Əl-Əqsa" məscidinin azad olunanda qeyd olunacağını qeyd edib. “Bunun üçün isə bütün ümmət çalışmalı və əmək sərf etməlidir”, - deyə Haniyə bildirib./Ahlibeyt.az/