Bu gündən etibarən İsraildə ümumxalq tətili başlayıb. Dəniz və hava limanları, ictimai nəqliyyatın bir qismi, dövlət və bələdiyyə idarələri, poçtlar, banklar, xəstəxanalar və bir sıra təhsil müəssisələri işləmir.
SalamNews-un ''Vesti''-yə istinadən verdiyi xəbərə görə, Həmkarlar İttifaqları Birliyi dövlət sektoru və ictimai sektora muzdla işəgötürmə siyasətinə etiraz edirlər. İşçilərin bu qismi (bir neçə min nəfər) sabit heyət işçilərindən əhəmiyyətli dərəcədə az əmək haqqı alırlar. Bundan başqa, həmin şəxslər sosial cəhətdən az müdafiə olunurlar.
Əmək məsələləri üzrə ümumisrail məhkəməsi gecə saatlarında keçirilmiş fövqəladə iclasında tətilə qadağa qoyulmaması, lakin vaxtının mıəhdudlaşdırılması barədə qərar qəbul edib. Hakimlər Ümumi əmək federasiyası və hökümət qurumlarını kompromisə nail olmağa çağırıb.