Suriyada hökümət qüvvələri ilə nümayişçilər arsında baş vermiş toqquşmalarda azı 19 nəfər ölüb.
SalamNews-un BBC'-yə istinadən verdiyi xəbərə görə, zorakılığın növbəti dalğası Homs şəhərində nümayişçinin öldürülməsindən bir gün sonra baş verib.
Homs müxalifətinin fəallarından olan Məc Amerin sözlərinə görə, yerli məscidlərdə bayram namazı partlayış səsləri ilə müşaiyyət olunub.
''Bu artıq bir neçə gündür ki, davam edir'' , - o bildirib.