Səudiyyə Ərəbistanı hökümətinin verdiyi məlumata görə, İspaniyanın ADİF və RENFE şirkətlərinin başçılıq etdiyi konsern Məkkə və Mədinə şəhərləri arasında 450 km uzunluqda sürətli dəmiryolu xətti çəkəcək
SalamNews-un ''İnterfaks''-a istinadən verdiyi xəbərə görə, 6,7 milyard avroya başa gələcək layihə, zəvvarların iki müqəddəs şəhər arasında maneəsiz daşınmasına imkan verəcək.
Bildirək ki, konsernin səhmlərinin 88 faizi ispan, 12 faizi isə ərəb şirkətlərinə məxsusdur. Layihəyə dəmiryolu xəttinin çəkilməsi və istifadəyə verilməsi daxildir. Sürətli xətt üçün qatarların təchizini İspaniyanın TALGO şirkəti həyata keçirəcək.