İranın xarici işlər naziri Əli Əkbər Salehi noyabrın 8-də Ermənistana səfər edəcək.
APA-nın məlumatına görə, xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində Salehinin ermənistanlı həmkarı, prezident Serj Sarkisyan, parlamentin spikeri Ovik Abramyan və energetika və təbii sərvətlər naziri Armen Movsisyanla görüşləri nəzərdə tutulur.