İranda azərbaycanlıların haqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani sərbəst buraxılıb.
APA-nın məlumata görə, A. Lisani Ərdəbil İnqilab Məhkəməsinin qərarı ilə 100 min ABŞ dolları qarşılığında zaminə buraxılıb. Hazırda evində olan A. Lisani APA-ya bildirib ki, cinayət işi üzrə növbəti məhkəmə prosesinin keçiriləcəyi tarixin bəlli deyil və səhhətində ciddi problem yoxdur.
Qeyd edək ki, A. Lisani sentyabrın 9-da saxlanılıb. O, Urmiya gölünün quruması ilə bağlı İran hökumətinin siyasətinə qarşı keçirilən aksiyaların təşkilində, dövlətin əleyhinə çıxışlarda ittiham olunur.