Qurban bayramı ilə əlaqədar ölkədə baytarlıq nəzarəti gucləndirilmiş iş rejimində işləyir. Hazırda Baytarlıq Xidməti paytaxtın bütün giriş hissələrində nəzarət məntəqələri quraraq şəhərə gətirilən heyvanların saglamlığına nəzarət edir.
Bakı şəhər Baytarlıq İdarəsinin rəis müavini Aslan Aslanovun SalamNews-a verdiyi xəbərə görə, Azərbyacanda ilk dəfə təşkil olunan bu tədbir sayəsində qurbanlıqda xəstə heyvanların satışa çıxarılmasının qarşısı alınmağa çalışılır. O, deyib: “Artıq bu barədə dövlət tərəfindən konkret qərar var. Paytaxtın girişində- Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanların sənədləri və sağlamlığı tam yoxlanılır. Heyvanlar yoxlanıldıqdan sonra sağlamlığl təsdiq edən sənəd verilir və satışa buraxılır.