Nikoyl Bankın şəhərdəki bütün filiallarının və mərkəzi ofisinin əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqların dəstəklənməsi məqsədi ilə keçirilən ənənəvi donor aksiyasında iştirak edib.
Bankdan SalamNews-a verilən məlumata görə, bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində həyata keçirilən aksiya bu dəfə müqəddəs Qurban bayramına həsr olunub.