Çukurcada 24 əsgər şəhid edildikdən sonra başlayan hərbi əməliyyatlar çərçivəsində 17 nəfərdən ibarət Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi İraqın şimalına daxil olub.
SalamNews-un "Zaman"a istinadən verdiyi xəbərə görə, bölgəyə girən dəstələrin hədəfində terror təşkilatı PKK-nın ikinci adamı Murat Karayılan və Zap düşərgəsində olduğu bilinən Suriya əsilli "Bahoz Erdal" kod adlı Fehman Hüseyn, Duran Kalkan, "Ape Hüseyn" kod adlı Qədri Çelik və Sabri Ok var.
Xüsusi təyyinatlı dəstə, yuxarıda adı çəkilənlərdən ən az birini Türkiyəyə gətirməlidir.