Sərgi zamanı imkansız və ehtiyaclı ailələr üçün bayram sovqatlarının da toplanması nəzərdə tutulur.
Noyabr 6-sı Müqəddəs Qurban bayramı münasibətilə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin ofisində sərgi keçiriləcək. Humanitar məqsədlə təşkil olunacaq sərgidə birliyin üzvlərinin hazırladıqları müxtəlif əl işləri nümayiş olunacaq. 6 bölmədən ibarət olacaq sərgidə müxtəlif mövzularda tablolar, suvenirlər, toxumalar və s. mövzuda əl işləri nümayiş olunacaq. Həmçinin sərgi çərçivəsində imkansız və ehtiyaclı ailələr üçün bayram sovqatlarının da toplanması nəzərdə tutulur.
Ümidvarıq ki, bu müqəddəs bayram günlərində maddi və mənəvi yardıma ehtiyacı olan insanları sevindirmək istəyənlər bu aksiyaya qoşulacaq, həm də yardımlaşma sevincini yaşayacaqlar.
Qeyd edək ki, tədbir çərçivəsində “Mənəvi Saflığa Dəvət” İctimai Birliyin sədri, fəlsəfə doktoru, ilahiyyatçı-alim Elşən Mustafaoğlunun “Qurban bayramının mahiyyəti” mövzusunda seminarının da təşkil edilməsi nəzərdə tutulur. /manevisafliq.com/