Sionist İsrail rejimi yenə öz çirkin əməlindən qalmayıb. (dunyabulteni)
Xəbər verdiyimiz kimi, ötən gün Qəzzaya humanitar yardım aparan biri Kanada, digəri isə İrlandiyaya məxsus iki gəmi beynəlxalq sularda sionist rejiminin dəniz quldurlarının hücumuna məruz qalıb. Türkiyədən Qəzzaya doğru yola çıxan gəmiyə beynəlxalq sularda edilən hücum zamanı 27 yardımsevərlə yanaşı, jurnalistlər də həbs edilib. Verilən məlumata görə, həbs edilən jurnalistlər arasında İranın "Press Tv" kanalının müxbiri Həsən Gani, Misirin "Əl-Misri Əl-Yəum" qəzetinin müxbiri Lina Atallah, ABŞ-ın məşhur "Democracy Now!" proqramının müxbiri Cihan Hafiz də var.