ABŞ ordusunun Əfqanıstanda xidmət edən bir yüksək rütbəli hərbçisi bu ölkənin prezidenti Həmid Kərzai və Əfqanıstan hökumətini təhqir etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb (İHA).
Əfqan təhlükəsizlik qüvvələrinin təliminə cavabdeh olan şəxslərdən biri general Peter Fuller "Plitico" adlı internet saytına verdiyi açıqlamasında, əfqan liderlərini "bacarıqsız, nankor və reallığı görməyən" adlandırmışdı. Fuller həmçinin əfqan liderlərini ABŞ-ın ölkələri üçün etdiyi fədakarlıqları inkar etdiklərini söyləmişdi.
/Deyerler.Org/