Qoşunlar çıxarıldıqdanı sonra ABŞ İraqda 5 min hərbiçi saxlamq niyyətindədir. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland məlumat verib.
SalamNews-un ''Vzqlyad'' portalına istinadən verdiyi xəbərə görə, ötən həftə Barak Obama administrasiyası İraqdan qoşunların 2011-ci ilin sonunadək çıxarılacağını bəyan edib.
ABŞ və rəsmi Bağdad kontingentin əsas hissəsi ölkədən çıxarıldıqdan sonra bir neçə minlik dəstənin İraqda qalaraq xüsusi əməliyyatlarda və təlimlərdə iştirak etməsi ilə bağlı razılığa gələ bilməyiblər. Buna səbəb isə İraq hökümətinin ABŞ-ın hərbiçiləri üçün təkid etdiyi toxunulmazlıq hüququnu qəbul etməməsi olub.
"Hazırda konqressdə maliyyələşdirmə ilə bağlı müzakirələr davam etdirilir. Biz İraqda 1700 nəfərin çalışdığı səfirlik və onun təhlüksizliyinin təmin etmək məqsədilə 5 minədək hərbçi saxlamaq niyyətindəyik", - Nuland birifinqdə söyləyib.
Bildirək ki, bütün dünyada ABŞ səfirliklərini dəniz piyadaları mühafizə edirlər. Dövlət Departamentinin rəsmi nümayəndəsi İraqda mühafizəni kimlərin təşkil edəcəyi ilə bağlı məlumat verməyib.
Xatırladaq ki, İraqdan qoşunların çıxarılmasını Barak Obama 2008-ci ildə seçkiöncəsi verdiyi vədi yerinə yetirməsi ilə izah edib. Konqres və mühafizəkar siyasətçilər isə Obamı ABŞ maraqlarını müdafiə etmək iqtidarında olmamamaqda ittiham edib.