Qurban bayramı ilə əlaqədar "Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu gündən gücləndirilmiş iş rejiminə keçib. Bu barədə SalamNews-a “Azərsu” ASC-nin İctimayyətlə əlaqələr sektorunun müdiri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, bununla əlaqədar ASC-nin sədri Qorxmaz Hüseynov xüsusi əmr imzalayıb: “Əmrə əsasən, bu gündən “Azərsu” ASC-də növbətçi cədvəli təyin olunub. Həmçinin Bakının 11 rayonu, bir sıra rayonlarda daxil olmaqla ASC-nin qəza xidmətləri var ki, onlar 5 gündə 24 saat xidmətlərini davam etdirəcəklər. Onlar su kəmərlərində qəza baş verəsə, onu operativ aradan qaldıracaqlar”.
A.Cəbrayıllı vurğulayıb ki, “Azərsu” ASC-nin 955 nömrəli "qaynar xətti" də gün ərizində fəaliyyət göstərəcək.