Azərbaycan İrana qaz ixrac etməyə hazırdır. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında qaz alqı-satqısına dair müqavilə imzalansa da, Azərbaycan hələ qaz ixracına başlamayıb: “İran tərəfi nə vaxt istəsə də, Azərbaycan qaz ixracına başlamağa hazırdır”.
R.Abdullayev qeyd edib ki, gələn il Azərbaycandan Rusiyaya bu il olduğu kimi, 2 mlrd. kubmetr qaz ixracı nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Naxçıvan MR-in təbii qaza olan ehtiyacını ödəmək üçün hər il İrana 400 mln. kubmetr qaz ixrac edir.