Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində İrana iri həcmdə qaz satmaq imkanı olmayacaq.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.
Onun sözlərinə görə, ikinci faza çərçivəsində “Şahdəniz”dən ildə 16 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub. Artıq Türkiyə ilə ildə 6 mlrd. kubmetr qazın alqı-satqısına dair razılıq əldə olunub. Qalan 10 mlrd. kubmetr üzrə digər potensial alıcılarla (Avropa) danışıqlar aparılır.
Qeyd edək ki, İran “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 5-6 mlrd. kubmetr qaz almaq istədiyini bəyan edib. İki ölkə arasında qaz alqı-satqısına dair müqavilə imzalansa da, Azərbaycan hələ qaz ixracına başlamayıb. Azərbaycan Naxçıvan MR-in təbii qaza olan ehtiyacını ödəmək üçün hər il İrana 400 mln. kubmetr qaz ixrac edir.