İngiltərə İrana qarşı müharibə hazırlığı aparmır. "Reuters" agentliyinə müsahibəsində İngiltərə XİN-nin mətbuat katibi, İngiltərənin İrana qarşı müharibə hazırlıqları aparmadığını bildirib.
“Biz bu məsələnin sülh yolu ilə həllinə çalışırıq və hərbi müdaxiləni isə ehtiyatda saxlayırıq”, - nazirliyin nümayəndəsi deyib.
İngiltərə hələ də sülh yolu ilə danışıqların aparılmasını bu istiqamətdə ən düzgün həll yolu hesab edir.
Xatırladaq ki, bir müddət əvvəl “Guardian” qəzeti İngiltərə hakimiyyətinin İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlıq apardığı barədə məlumat yaymışdı.
umma.org.ua