Bu gün Məkkə və Mədinədə rəsmi olaraq Həcc mərasimi başlanır. Həcc hər bir imkanlı müsəlmana vacib olan əməllərdəndir.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu il Səudiyyə höküməti xüsusi icazə olmadan ölkəyə heç kimi buraxmayacaqları haqda xəbərdrlıq edib. İlk dəfə belə yazılı icazə təcrübəsi 3 il əvvəl həyata keçirilib.
Bu ildən bəzi digər məhdudiyyətlər də tətbiq edilir. Belə ki, müqəddəs məkanlarda siqaret çəkməyə qadağa qoyulub. Bu qaydanı pozanları isə böyük məbləğdə cərimə gözləyir. Eyni zamanda qənaət məqsədi ilə yerdə yatmaq da yasaqlanıb.
Bu il 2 milyondan çox müsəlmanın Həcc vəzifəsini yerinə yetirəcəyi gözlənilir. Hər bir ölkə üçün müəyyən sayda yer ayrılıb. Səudiyya krallığı bildirib ki, bu il Həcc mərasimin dəyəri nəzərəçarpacaq dərəcədə artıb. Bu da əsasən Həcci təşkil edən şirkətlərin təqsiridir.