Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə noyabrın 29-30-da İrəvanda səfərdə olacaq.
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bütün ermənilərin katolikosu II Qareqin bildirib. Qaregin deyib ki, A. Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçiriləcək iclasına qatılacaq.
Tədbirdə habelə Moskva və bütün rusların patriarxı rəhbəri Kirill də iştirak edəcək.
Rus patriarxının təşəbbüsü ilə İrəvanda Azərbaycan və Ermənistan ruhani rəhbərlərinin görüşü də gözlənilir.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə APA-ya bildirib ki, A. Paşazadənin İrəvana səfəri ilə bağlı hələlik qərar verilməyib.