Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, azərbaycanlı zəvvarlar kiçik Həcc ziyarətinin ayinlərinin hamısını yerinə yetiriblər. Zəvvarlarımız noyabrın 4-dən böyük Həccin əməllərinə başlayacaqlar.
Mətbuat xidmətindən bütün azərbaycanlı zəvvarların sağ-salamat olduğu bildirilib.
Qeyd edək ki, azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.