YUNESKO tərəfindən Fələstinin tanınması və təşkilata üzv qəbul edilməsinə etiraz olaraq Sionist İsrail rejiminin Şərqi Qüds və Qərbi Şəriyədə 2000 evlik yəhudi məskunlaşma məntəqəsinin salınması işlərinin sürətləndirilməsi barədə qərar verməsi ABŞ-ı məyus edib. (dunyabulteni)
Ağ Ev sözçüsü Cey Karney jurnalistlərə verdiyi açıqlamasında deyib ki, İsrail rejiminin bu qərarı bölgədə sülhün əldə olunmasına mənfi təsir göstərəcək. Sözçü İsrail rejiminin qərarının məyusedici olduğunu qeyd edib.