"Heron" təyyarələrinin geri verilməsində süni maneələr yaratmağa çalışan İsrail, Türkiyənin yerli istehsalı olan ANKA pilotsuz təyyarəsinin sınaq uçuşunun uğurlu nəticələnməsindən narahat olub.
SalamNews-un "Star" agentliyinə istinadla verdiyi xəbərə görə, ANKA pilotsuz təyyarənin sınaq uçuşunu uğurla başa çatdırması və istifadə edilməsi üçün 2012-ci ildə hava qüvvələrinə veriləcəyi ilə bağlı açıqlamalardan sonra, İsrail saxladığı 6 "Heron"un 4-nü tələsik geri göndərib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əvvəllər İsrailə texniki yoxlama üçün göndərilən "Heronlar"ı aylardır geri vermədiyini dəfələrlə bildirib.