İran nümayəndəsi Hüsseyn Qəzavi rotasiya qaydası ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Bankının yeni rəhbəri təyin olunub.
SalamNews-un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə mərkəzi ofisi İstambulda yerləşən bankın xarici əlaqələr üzrə nümayəndəsi Tuncan Mələk Tusun məlumat verib. Onun sözlərinə görə, bu vaxta qədər İran Mərkəzi Bankının sədr müavini vəzifəsini tutan Qəzavi noyabrın 1-dən etibarən rəsmən işə başlayıb. Bundan əvvəl bankın sədri vəzifəsini 4 ildə Türkiyə nümayəndfəsi Murad Ulus tutub.
Mələk Tusunun sözlərinə görə, İran, Pakistan və Türkiyə nümayəndələrindən ibarət bankın himayəçiləri Şurasının iclası zamanı Qəzavinin namizədliyi qəbul edilib. Bildirək ki, bu ölkələrin nümayəndələri İƏT bankının təşəbbüskarlarıdırlar.
Bankın yaradılması barədə qərar 1995-ci ildə qəbul edilsə də, yalnız 2007-ci ildə fəaliyyətə başlayıb.