Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona xeyirxah təşəbbüslə çıxış edib, Dubayda məscid tikdirəcəyini bildirib.
SalamNews xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdıran 51 yaşlı dünya çempionu son vaxtlar həm dünya mediasında təzyiqlərlə, həm də BƏƏ-də uyğunlaşmaq problemi üzündən yeni komandasında ilk həftələrdə məğlubiyyətlərlə üzləşib. Baş məşqçi bunlara cavab olaraq, fərqli addım atmağı qərara alıb. Belə ki, Maradona 21 yaşında avtomobil qəzasında həlak olan “Bani Yas” komandasının futbolçusu Ziyab Avanenin ailəsini ziyarət edərək, onun xatirəsinə məscid tikdirəcəyini deyib.
Maradonanın pərəstişkarları 2003-cü ildə Argentinada onun adına kilsə inşa etdiriblər.