İsrailin İranı vuracaq məsafədə raket sınaqdan keçirməsi ilə bağlı İstanbulda olan İranın xarici işlər naziri Əli Əkbər Salihi "Hürriyet Daily News"un jurnalistinə açıqlama verib. O, İsrailin İranı ilk dəfə təhdid etmədiyini xatırladaraq deyib: "Tehran hər zaman müharibəyə hazırdır".
SalamNews-un "Doğan" agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Konfransı üçün İstanbulda olan Salehi deyib: "Millətimizin dərin keçmişi var. İran ilk dəfədir təhdid edilmir. İrana təhqir etməyə cəhd göstərənlər cavabını artıqlaması ilə alacaqlar. Özümüzə güvənirik. Ölkəmizi müdafiə edə bilərik".