İsrail höküməti "Azadlıq flotiliyası" ilə bağlı baş vermiş hadisələrdən sonra kəskin pisləşmiş münasibətləri normallaşdırmaq məqsədilə Türkiyə rəhbərliyi ilə birbaşa əlaqə yaradıb. Bu barədə İsrail mətbuatı məlumat verir.
Diplomatik səylər Van vilayətində baş vermiş zəlzələdən sonra İsrailin Türkiyəyə humanitar yardım göstərməsindən sonra gücləndirilib. Mətbuatın yazdığına görə, hazırda İsrailin xüsusi elçisi David Midanan Ankarada səfərdədir.
Missiyanın nəticələri barədə məlumat verilmir. Bununla belə, yerli müşahidəçilər səfərin iki ölkə arasında münasibətlərdə müsbət dinamikanın göstəricisi olduğu qənaətindədir.
SalamNews-un ''Vzqlyad'' portalına istinadən verdiyi xəbərə görə, daha öncə mətbuat ABŞ administrasiyasının hər iki ölkəyə təzyiq göstərdiyini yazıb. Səfərin həmin təzyiqlərin nəticəsi olub-olmaması isə dəqiq bilinmir.
Dünən isə Türkiyənin daha 2 "Azadlıq flotiliyası"nı Qəzza sahillərinə yola salacağı ilə məlumat yayılıb.