Şimali İraq Kürd administrasiyasının rəhbəri Məsud Barzani bu gün İstanbulda ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, görüşdə əsasən PKK-nın zərərsizləşdirilməsi məsələsi müzakirə ediləcək. Bərzani şənbə günü Baş nazir Ərdoğan ilə bir araya gələcək. Prezident Gülün isə onu sabah qəbul etməsi gözlənilir.