İşğal olunmuş Fələstin ərazilərində qurulan sionist İsrail rejimi "UNESCO" tərəfindən Fələstinin dövlət olaraq tanınaraq, bu qruma üzv edilməsinə etirazını əməldə göstərməyə başlayıb.(dunyabulteni)
Verilən məlumata görə, İsrail rejimi "UNESCO"nun acığına Qərbi Şəriə və Qüds ətrafı ərazilərdə qeyri-qanuni yəhudi məskunlaşma məntəqələrinin salınmasının sürətləndirilməsi barədə qərar qəbul edib. İsrail rejimi "hökumət"inin verdiyi qərara əsasən, tikililər ən qısa müddətdə başa çatdırılmalıdır. Söhbət 2 min evlik yeni məskunlaşma məntəqəsinin salınmasından gedir.