Bu gün Azərbaycan İslam Partiyası (AİP) növbəti Baş Məclisini keçirib. Bu barədə SalamNews-a AİP-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə bir neçə məsələlər müzakirə olunub. Qərara alınıb ki, bölgələr üzrə əlaqələndiricilərin növbəti Baş Məclisdə hesabatı dinlənilsin, AİP-ın noyabrın 20-də mitinq keçirmək məqsədilə BŞİH-ə rəsmi müraciəti qəbul olunsun, Qədir-Xum bayramının keçirilməsi nəzərdə tutulsun.
AİP Baş Məclisi partiyanın sədri və digərləri barədə Ağır Cinayətlərə dair Məhkəmə hökmünü ədalətsiz və həbs olunanların tezliklə azadlığa buraxılmasını zəruri sayıb.