APA-ECONOMICS. İran öz elektrik enerjisi şəbəkəsini Azərbaycan vasitəsilə Rusiyanın elektrik şəbəkəsi ilə birləşdirməyi planlaşdırır.
“APA-ECONOMICS”in “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran enerji nazirinin müavini Məhəmməd Behzad deyib.
İran rəsmisi qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanla aparılan danışıqlar sonuncu mərhələdədir.