İsrail rejiminin kitabxanalarında nadir Quran nüsxələrinin, qiymətli əlyazmaların və mənbələrin saxlandığı məlum olub.abna
Bu xəbər İslam ədəbiyyatının toplanması ətrafında ciddi müzakirələrə səbəb olub. Nadir Quran nüsxələri sırasında kufi xətti ilə yazılmış 1200 illik Quran əsas incilərdən sayılır. Bu quranın hər sətri qızıldan naxışlarla bəzədilib. Bu siyahıda həmçinin 600 illik Quran da yer almaqdadır.
Qeyd etmək lazımdır ki, İslamın dəyərli irsi vaxtaşırı belə talanlara məruz qalıb. Qərbin İraq və Əfqanıstanda apardığı işğalçı müharibələri nəticəsində bu ölkələrin qədim və mədəni irsi talan edilmişdir. Bu gün də İslam ölkələrinin qarət olunmuş inciləri Avropa və ABŞ-ın müxtəlif muzeylərini bəzəyir.