Son prezident seçkilərində qalib gəlmiş baş nazir Almazbek Atambayev Bişkekin Beynəlxalq hava limanında hər hansı bir hərbi obyektin yerləşməsinin yolverilməz olduğunu bildirib. O, bu fikri jurnalistlərlə görüşü zamanı dilə gətirib.qazeta.ru
Onun sözlərinə görə, Qırğızıstan tərəfi orada hərbi obyekt yerinə mülki obyektin yerləşməsinə etiraz etmir.
“Heç istəməzdin ki, ABŞ-la düşmən olan hər hansı bir ölkə ərazilərimizə zərbələr endirsinlər”, - deyə Atambayev bildirib.
Qeyd edək ki, hazırda Bişkekin “Manas” hava limanında Əfqanıstan ərazilərində hərbi əməliyyatlar həyata keçirən beynəlxalq koalisiya qüvvələrinin aviabazası yerləşir.