Səudiyyə kralı Abdulla İran prezidenti Mahmud Əhmədnejadı Həcc ziyarəti üçün Məkkəyə dəvət edib. İran prezidenti bu dəvəti qəbul edib və verilən məlumatlara görə, gələn həftənin əvvəli Məkkəyə səfər edəcək.lenta.ru
Qeyd edək ki, bir müddət əvvəl Əhmədnejad özünün belə bir istəyi olduğunu dilə gətirmişdi. Prezident eyni zamanda qeyd etmişdi ki, bu səfərə ancaq rəsmi dəvət aldıqda gedəcək.
İran prezidentinin mətbuat katibi Əli Əkbər Cavanfekr bildirmişdir ki, əvvəllər belə bir hal olmayıb. Onun sözlərinə görə, prezidentin bu səfəri iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək.