ABŞ dövlət katibi Hillari Klinton ABŞ Türk Şurasının (ATC) 30-cu illik konfransı səbəbi ilə təşkil edilən axşam yeməyinə qatılıb.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, axşam yeməyində çıxış edən Klinton Türkiyə və Ermənistan arasındakı münasibətlərə toxunub.
Türkiyə ilə Ermənistan əlaqələrində irəliləyiş əldə edilməsinin müsbət addım olacağını bildirən Klinton Türkiyə Böyük Millət Məclisinin mövcud qanunvericilik dövründə protokolları imzalayacağına və Ermənistan ilə əlaqələrin normallaşacağına ümid etdiklərini söyləyib.
Klinton deyib: "Müttəfiqimiz ilə aramızda olan mövcud münasibətlərdən və maraqlarımızın üst-üstə düşməsi mövzusunda narahat deyiləm, birlikdə əldə etdiklərimizdən qürur duyuram və gələcəkdə də birlikdə çox şey əldə edə biləcəyimizə ümidliyəm".