Türkiyənin İstanbul şəhərində Pakistan, Əfqanıstan və Türkiyənin dövlət başçılarının 6-cı sammiti başlayıb. Sammit "Çırağan Sarayı"nda keçirilir.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, sammitə Türkiyə adından Prezident Abdulla Gül ev sahibliyi edir.
Sammitdə Əfqanıstan Prezidenti Hamid Karzai ilə Pakistan Prezidenti Asıf Əli Zərdari iştirak edir.
Prezident Abdulla Gül zirvədə ilk təkbətək görüşünü Əfqanıstan Prezidenti Hamid Karzai ilə keçirib.
Heyətlərin də qatıldığı görüşdən sonra mətbuat nümayəndələrinin şəkil çəkmələrinə icazə verilib.