Fransa Xarici İşlər Nazirliyi Fələstin YUNESKO tərəfindən tanınmağa layiq olduğunu bəyan edib. Bu barədə nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.
SalamNews-un ''Maan News''a istinadən verdiyi xəbərə görə, Fransa İsraili və Fələstini danışıqlar stolu arxasına oturmağa dəvət edərək, tərəflərin "güzəştə gedəcəklərinə və yaxın zamanlarda sülh danışlıqlarını bərpa edəcəklərinə" ümidvar olduğunu bildirib.
Xatırladaq ki, dünən YUNESKO Fələstini tamhüquqlu üzv kimi qəbul edib. ABŞ, Almaniya və Kanada Fələstinin təşkilata üzv olmasına qarşı çıxsalar da, Braziliya, Rusiya, Çin, Hindistan, CAR və Fransa təklifin lehinə səs veriblər. Böyük Britaniya isə bitərəf qalıb.