Sudan xalq azadlıq ordusunun şimali bölməsinin yüzlərlə əsgəri bazar ertəsi səhər Cənub Kordofan ştatında Sudan ordusu ilə toqquşmada həlak olub. Bunu ştatın qubernatoru Əhməd Harun xəbər verib.
SalamNews lenta.ru-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ordu Teludi şəhərinə hücum edib.
Sudanın Silahlı Qüvvələrin nümayəndəsi bildirib ki, Teludi şəhərinə hücumda 700-ə yaxın üsyançı qatılıb, döyüş bir saat davam edib. Hökumət ordusu tərəfindən itki barədə xəbər verilmir.