Məşhəddən müqəddəs Mədinə şəhərinə gəlmiş 150 iranlı zəvvarın hava limanı ərazisini tərk etmək qadağası qoyulub.
SalamNews-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı höküməti onları ölkəyə daxil olmaq üçün saxta vizadan istifadədə ittiham edərək, zəvvarları deportasiya etmək niyyətini açıqlayıb.
Zəvvarlar isə vizaları Səudiyyə Ərəbistanının Məşhəd şəhərindəki nümayəndəliyindən qanuni yolla aldıqlarını desələr də onlar ölkələrinə deportasiya olunublar.
Bildirək ki, bu il Səudiyyə Ərəbistanına həcc ziyarətinə gəlmiş 1,5 milyon zəvvarın 97 mini İran vətəndaşıdır.