Türkiyənin Ərzurum hava limanında Vanda baş vermiş zəlzələdə zərər çəkənlərə humanitar yardım gətirmiş Gürcüstan və Qırğızıstan təyyarələri toqquşub.
APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, hava limanına enən Qırğızıstan təyyarəsi uçuş-enmə zolağında dayanmış Gürcüstan təyyarəsinə dəyib. Nəticədə təyyarə ciddi şəkildə zədələnib. Hadisə zamanı Gürcüstan təyyarəsi boş olub. Olay qırğız pilotun səhvi ucbatında baş verib.