POPULYARXƏBƏRLƏR

ATƏT-in baş katibi: “Müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya beynəlxalq xarakter daşıyır”

Litva azərbaycanlıları ATƏT-in Vyana konfransında iştirak ediblər

ATƏT-in xətti ilə Avstriyanın paytaxtı Vyana şəhərində müsəlmanlara qarşı ictimai məkanda dözümsüzlük və diskriminasiyanın neytrallaşdırılması məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans hazırda ATƏT-ə sədrlik edən Litva Respublikası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən birgə təşkil edilib. Konfransın keçirilməsində əsas məqsəd milli və dini əlamətlərə görə dözümsüzlük və diskriminasiya hallarının aradan qaldırılmasına xidmət edən üsulların tədqiq edilməsi və sosial həmrəyliyin bərqərar olunmasına gətirib çıxaran əməli ölçülərin işlənib hazırlanmasından ibarət olub. Bununla bərabər, tədbir ictimaiyyətdə mövcud olan antimüsəlman hallarına diqqəti cəlb etmək, belə halların fərdi təhlükəsizliyə və sosial əlaqələrə təsirini araşdırmaq və müsbət təcrübəni yaymaq məqsədi də daşıyıb.
Konfransa ATƏT-in üzvü olan 56 ölkədən 150 nəfərə yaxın dövlət və hökumət rəsmisi, siyasətçilər, peşəkar jurnalistlər və vətəndaş cəmiyyətinin müxtəlif qurumlarının nümayəndələri qatılıblar. Tədbirdə Azərbaycanın ATƏT yanındakı Daimi nümayəndəliyinin I katibi Aysel Yaqubova da iştirak edib. Litvanın qeyri-hökumət təşkilatları isə Litva Azərbaycanlıları Cəmiyyəti və Litva Tatarları İcmaları Birliyi ilə təmsil olunub. Konfransı giriş sözü ilə açan Litva xarici işlər nazirinin müavini Evaldas İgnataviçyus vurğulayıb ki, dözümsüzlük və diskriminasiya halları ilə yalnız prosesdə iştirak edən tərəflərin hamısının ümumi səyləri hesabına mübarizə aparmaq olar: “Təəssüflər olsun ki, müsəlmanlara qarşı həmlələrə məruz qalma hallarında həm siyasətçilər. Həm də ki, kütləvi məlumat vasitələri siyasi idarə olunma ilə bağlı vəzifələrin öhdəsindən kifayət dərəcədə gələ bilmirlər”.
ATƏT-in baş katibi Lamberto Zannieri məruzəsində qeyd edib ki, hər hansı bir etnik qrupa qarşı milli, dini və yaxud digər bir zəmin əsasında nifrət etmək və ədavət bəsləmək, fanatizm hisslərini şövqləndirmək ATƏT icmalarının başlıca dəyərlərinə ziddir: “Müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya beynəlxalq xarakter daşıyır və ona görə də bu hallara qarşı birgə əməkdaşlığa əsaslanan və həm region, həm də beynəlxalq səviyyədə hazırlanan ümumi cavab vermək lazımdır”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun direktoru Janez Lenarcic çıxışında qeyd edib ki, ATƏT-in üzvü olan ölkələr söz azadlığı və bərabərliyi qoruyub müdafiə etmək sahəsində üzərinə götürdükləri təəhhüdləri bir daha təkrarən təsdiq ediblər: “İslamofobiyaya qarşı mübarizə maarifləndirmə yolu ilə aparılmalıdır. Biz elə bir ictimai mühit yaratmalıyıq ki, müxtəliflik nəinki tolerantlıqla qarşılanmalı, həm də dəyər kimi qəbul edilməlidir”.
Avstriyanın Avropa və Beynəlxalq Münasibətlər Nazirliyinin xarici əlaqələr üzrə baş katibi Joannes Kyrle, ATƏT-in baş katibinin İslam konfranslarını təşkil etmək məsələləri üzrə xüsusi müşaviri Ömür Orhun, ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və humanitar məsələlər üzrə Komitəsinin sədri Matteo Mecacci, müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə məsələləri üzrə ATƏT sədrinin təmsilçisi Adil Axmetov konfransda məruzələrlə çıxış ediblər.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri və Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev “Litvada islamofobiyanın kökləri, çağdaş durum və problemin həlli yolları” mövzusunda çıxış edib.



Yerləşdirilib:1 Noyabr, 2011  16:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com