POPULYARXƏBƏRLƏR

Islam tarixindən hikmətli sözlər (12-ci hissə)

Böyük fateh Əmir Teymur (Teymurləng) çox qətiyyətli və yorulmaz adam imiş.

Islam tarixindən hikmətli sözlər (12-ci hissə)
Məqsədinə yetmək üçün heç bir çətinlikdən qorxmazdı. Teymurləng öz xatirələrində bu xasiyyəti adi bir qarışqadan öyrəndiyini söyləyirdi.
Öz imperiyasını yaratmazdan çox-çox əvvəl Teymur hələ zəif bir feodal idi. Bir gün rəqibləri ilə mübarizədən bezib çöllüyə üz tutur və ümidsiz halda öz vəziyyəti haqqında düşünməyə başlayır. Bu zaman bir qarışqa onun diqqətini cəlb edir.
Görür ki, qarışqa özündən qat-qat ağır olan bir yükü qaldırıb yuvasına aparmağa çalışır. Qarışqanın ilk cəhdi uğursuzluğa düçar olur. Yükə gücü çatmadığından, yıxılır. İkinci dəfə yükü çiyninə alıb aparmağa cəhd edir. Bu dəfə də səyi boşa çıxır. Beləcə, qarışqa yalnız 67-ci cəhddən sonra öz yükünü yuvaya çatdıra bilir.
Teymurləng deyir ki, qarışqanı müşahidə edəndən sonra öz-özümə dedim: «Ey Teymur! Sən qarışqadan əskik deyilsən! Qalx, işinə davam et!».
Elə bu inadkarlıq və çalışqanlıq onu dünya şöhrətli hökmdara çevirir.


Harun ər-Rəşid öz vəziri Cəfər Bərməki ilə Bağdad kənarında gəzişirdi. Uzaqdan böyük bir karvan göründü. Xəlifəyə xəbər verdilər ki, bu, Xorasan valisinin xəlifə üçün göndərdiyi hədiyyələri gətirən karvandır. Vaxtilə Cəfərin qardaşı Fəzl ibn Yəhya Bərməki də Xorasan valisi vəzifəsində işləmişdi. Ona görə də Harun karvanı Cəfərə göstərib soruşdu: «Bəs, sənin qardaşın Xorasan valisi olanda bu hədiyyələr harada idi?». Cəfər isə xəlifənin təəccübünə rəğmən, tamamilə sakit halda cavab verdi: «Harada olacaqdı ki? Əlbəttə, öz sahiblərinin – Xorasan əhalisinin evində!».

Zalım Həccac səhrada bir bədəvi ərəblə rastlaşır. Özünü tanıtdırmadan ondan soruşur: «De görüm, Həccac necə adamdır?». Bədəvi hiddətlə cavab verir: «Zalım, qaniçən, daşürəkli cəlladdır». Həccac xəbər alır: «Bəs, niyə xəlifəyə şikayət etmirsən?». Bədəvi: «Ona görə ki, xəlifə ondan da artıq zülmkardır!». Həccac qəzəbini saxlaya bilməyib çığırır: «Bilirsən, mən kiməm? Mən Həccacın özüyəm!». Bədəvi də özünü itirmədən soruşur: «Bəs sən bilirsən, mən kiməm? Mən də filan qəbilədən filankəsəm. İldə iki gün ağlım çaşır, hərzə-hədyan danışıram. Elə bu gün də xəstəlik günümdür». Həccac ərəbin hazırcavablığına heyran qalıb onu buraxır.


Bir kişi 50 yaşına çatsa da, dinə-imana gəlməmişdi, ibadətlərin də heç birini yerinə yetirmirdi. Bir gün kiçik oğlu onu əsəbiləşdirir. Kişi oğlunu döymək istəyəndə, uşaq qaçıb məscidə girir. Ata məscidin qapısında durub xeyli gözləyir ki, bəlkə oğlu çıxar. Axırda bezib, başını məscidin qapısından içəri salır və qışqırır: «Ay bala, mən 50 ildə bir dəfə də olsun, bura ayağımı basmamışam. İndi rəva görmə ki, atan bu yaşında məscidə girsin!».


Bir gün Sultan Mahmud Qəznəvi üçün yeməyə badımcan bişirib gətirdilər. Sultan ac olduğu üçün, badımcanın dadı ona xoş gəldi, buna görə də dedi: «Bu nə dadlı yeməkdir!». Nökərlərdən biri badımcanı tərifləməyə başlayıb, faydalarından uzun-uzadı danışdı. Sultan isə yeyib doyandan sonra belə dedi: «Çox pis yeməkdir, heç demə, dadı da yox imiş!». Bu dəfə həmin nökər badımcanın ziyanları barədə danışmağa başladı. Sultan heyrətlə soruşdu: «Bayaq badımcanın faydaları haqqında moizə oxuyan sən deyildinmi?!». Nökər dedi: «Şah sağ olsun, mən sənin nökərinəm, badımcanın yox! Ona görə də mən sənin xoşuna gələn söz danışıram».



Yerləşdirilib:1 Noyabr, 2011  02:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com