Birləşmiş Millətlər Təşkilatının Əhali Fondundan verilən məlumata görə, dünyanın 7 milyardıncı insanı doğulub. Fond tərəfindən verilən açıqlamada 7 milyardıncı insanın oktyabr ayının 31-də dünyaya gəldiyi bildirilir. Amma 7 milyardıncı insanın hansı ölkədə dünaya göz açması barədə ən əsas iki versiya var.
Əksər beynəlxalq KİV-lər bu uşaqların Rusiya və Türkiyə ərazilərində doğulduğunu iddia edirlər. Amma hələlik Fond tərəfindən uşağın hansı ölkədə dünyaya göz açması barədə dəqiq informasiya verilmir.
P.S. 7 milyardıncı insanın hansı ölkədə dünyaya gəlməsinin heç bir önəmi və fərqi yoxdur. Əsas odur ki, o insan kimi insan olsun.