Liviyanın Milli Keçid Şurasının (MKŞ) rəhbəri Mahmud Cibril istefa verib.(dunyabulteni)
O, verdiyi açıqlamasında yeni partiya qurmayacağını və vətəndaş cəmiyyəti ilə işləyəcəyini bəyan edib. Cibril ölkənin gələcəyinə böyük ümidlə baxdığını söyləyib. O, qeyd edib ki, 3 ay ərzində ölkənin yeni konstitusiyası tam hazır olacaq. 8 ay ərzində isə seçkilər keçiriləcək.
Qeyd edək ki, Mahmud Cibril daha əvvəllər də verdiyi açıqlamalarında istefa verəcəyini bildirmiş, lakin bunu nə vaxt edəcəyini deməmişdi.