Rusiyanın Nijnıy Novqorod şəhərində yaşayış binalarının birində Qəzzafinin qara lent çəkilmiş 3 metrlik iri portreti asılıb.kp.ru
Şəhər rəsmiləri bildiriblər ki, əgər bu seçki öncəsi qanunsuz təbliğat olsaydı, o zaman buna müdaxilə etmək olardı. Lakin belə olmadığına görə, heç bir problem yoxdur.
“Qəzzafi Rusiya ərazisində heç bir cinayət işləməyib və məhkəmə də onu günahkar bilməyib. Onun şəxsiyyəti qanunsuz elan edilməyib. Buna görə, ev sahibinin onun şəklini asmağa haqqı var”, - deyə hüquq mühafizə orqanlarından da bildiriblər.