Türkiyənin Van bölgəsində zəlzələ qurbanları növbəti gecəni Türk Qırmızı Xaç Cəmiyyətinin payladığı çadırlarda keçirməli olub. Soyuq hava, yağış və qarın yaratdığı çətinliklərlə mübarizə aparan insanlar qışın onlar üçün çətin keçəcəyini deyiblər. İnsanlar xəstəliyin yayılması təhlükəsindən də ehtiyat edirlər. İnsanlar küçələrdə yaxınlarını və əzizlərini axtarmağa davam edirlər.
İndiyə kimi zəlzələdə ölənlərin sayının 601-ə çatdığı bildirilir. Ən son məlumata görə, Vanda artıq xilasetmə işləri başa çatıb. Erciş də isə son iki binanın dağıntıları axtarılır. Zəlzələ bölgəsində ara sıra xırda təkanlar olduğu üçün hökumət uçuq binalara yaxın getməməyi məsləhət görüb.ANS PRESS